Bu gün keçirilməsi planlaşdırılan paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası yarışı təxirə düşüb.
Tehsil.biz-in məlumatına görə, buna səbəb paytaxtda güclü küləyin əsməsidir.
Qeyd edək ki, olimpiadada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 7 000-ə yaxın beşinci sinif şagirdinin iştirakı nəzərdə tutulmuşdu.
Oxu.az