Logo

BŞTİ və ASAN radionun birgə təşkilatçılığı ilə “Mənim məktəbim” layihəsinə start verilib

05.05.2021 15:28 656 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və ASAN radionun birgə təşkilatçılığı ilə “Mənim məktəbim” layihəsinə start verilib.

 

Tehsil.biz xəbər verir ki, layihənin əsas məqsədi paytaxt məktəblərinin yığcam fəaliyyət hekayələri əsasında ayrı-ayrı təhsil müəssisələri barədə məlumatları daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.

 

Qısa radioçarxda məktəblərin inkişaf tarixinin maraqlı məqamları, uğurları və seçilən məzunları haqqında dinləyicilər məlumatlandırılır.

 

Bununla yanaşı, “Mənim məktəbim” layihəsi doğma məktəbə olan sevginin azalmadığını nümayiş etdirir, dinləyicilərdə nostalji duyğular oyatmaqla onları keçmişə, məktəb illərinə qaytarır. Oxuduğu məktəb haqqında BŞTİ-nin təqdim etdiyi mənbə əsasında bir daha eşitmək istəyənlər ASAN radionu dinləyə bilərlər.

 

Layihə çərçivəsində təqdim olunan radioçarxlar hər gün saat 08:44, 09:44, 15:44 və 17:44-də 100FM-ə səsləndiriləcək.

Xəbər lenti