Logo

ADAU “Azerbaijan Poultry Company” MMC ilə yay təcrübə proqramına başlayır

05.05.2021 17:11 717 baxış
IMG

Respublikada aparıcı şirkətlərdən biri olan,  “Azerbaijan Poultry Company” MMC Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə əməkdaşlığa başlayır.

 

Lu-Mun Holdinqin törəmə şirkəti olan müəssisə 2012-ci ildə regionların inkişafı üzrə dövlət proqramı çərçivəsində yaradılmaqla əsas fəaliyyəti  "Mərcan" brendi altında ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli toyuq əti istehsalıdır. Bütün istehsal prosesində müasir dünya standardlarına cavab verən və quşçuluq sənayesində tətbiq edilən ən son texnologiyalar istifadə edən şirkət ADAU ilə əməkdaşlığın proritet istiqamətlərdən biri kimi qəbul edir. 

 

Bununla əlaqədar olaraq şirkətin nümayəndələri - istehsalat üzrə direktor müavini Cavid Məmmədov, inkubasiya sahəsinin rəhbəri Rəhim Cəlilov, insan resursları departamentinin direktoru Fəridə Bayramova, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günay Əkbər Aqrar Universitetə səfər ediblər.  ADAU-nun Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov əməkaşlıq təşəbbüsünə görə təşəkkürünü bildirərək universitetdə quşçuluq istiqamətində kadr hazırlığı, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, quşçuluq tədris mərkəzinin fəaliyyəti, bu sahədə şirkətlərlə əməkdaşlıq barədə məlumat verib. Şirkətin nümayəndələri yay təcrübə proqramının mahiyyəti, tələbləri haqqında danışıb, bütövlükdə isə universitetlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

 

Qeyd edək ki, 2021-ci ilin iyun ayının 1-dən etibarən başlayan təcrübə proqramına dair elan yaxın günlərdə veriləcəkdir.

Xəbər lenti