Logo

BMU aliminin iki dərs vəsaiti nəşr olunub

12.10.2020 12:36 599 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika və elektroenergetika kafedrasının dosenti Nəcəf Orucovun “Elektroenergetikanın əsasları” və “Elektrik enerjisinin ötürülməsi və paylanması sistemləri” adlı dəsr vəsaitləri nəşr olunub.

“Elektroenergetikanın əsasları” kitabı elektroenergetikanın əsas anlayışları, elektrik stansiyaları, elektrik şəbəkələri və onlarda olan güc və gərginlik itkisi, elektrik şəbəkələrinin layihələndirilməsi elementləri və s. məsələlərə həsr olunub. Hər bölmənin sonunda verilən yoxlama sualları isə nəzəri materialların daha yaxşı mənimsənilməsinə kömək edəcək.

“Elektrik enerjisinin ötürülməsi və paylanması sistemləri” adlı dərs vəsaitində elektrik şəbəkə və sistemləri, elektrik şəbəkələrinin elementləri (elektrik veriliş xətləri, güc transformatorlarının əvəz sxemləri və parametrləri), elektrik şəbəkələrinin elektrik hesabı, elektrik sistemlərinin iş rejimləri və s. haqqında ətraflı məlumatlar verilib.

Dərs vəsaitləri ali təhsil müəssisələrinin “Energetika mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üçün nəzərdə tutulub. Bununla yanaşı, onlardan energetika sahəsində çalışan mühəndis-texniki işçilər də istifadə edə bilərlər.

Dərs vəsaitlərinin elmi redaktoru BMU-nun rektoru, professor Havar Məmmədov, rəyçiləri BMU-nun dosenti R.Hüseynov və Azərbaycan Texniki Universitetin professoru Q.Həsənovdur. Kitablar BMU-nun 23 yanvar 2020-ci il tarixli, 2308 saylı əmri ilə nəşr olunub.

Xəbər lenti