Logo

HTP çərçivəsində Çində təhsil almaq istəyənlərin nəzərinə

27.10.2025 10:40 94 baxış
IMG

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində növbəti tədris ilində Çində təhsil almaq üçün müraciət edən namizədlərdən tələb olunan əsas sənədlərdən biri namizədin prioritetlik nəzərə alınmaqla seçdiyi üç universitet üzrə əldə etməli olduğu ön qəbul sənədidir (pre-admission notice, proof of admission from tutor).

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, 2026/2027-ci tədris ili üzrə HTP çərçivəsində Çində təhsil almaq niyyətində olan Azərbaycan vətəndaşları müvafiq ön qəbul sənədini əldə etmək üçün Çin universitetləri ilə birbaşa əlaqə saxlamalıdırlar.

Qeyd edək ki, HTP çərçivəsində növbəti tədris ilində Çində təhsil üçün sənəd qəbulu ilə bağlı elan yaxın günlərdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və HTP-nin rəsmi internet səhifələrində, həmçinin sosial media hesablarında dərc ediləcək.

Sözügedən təqaüd proqramı 2020-ci il aprelin 13-də Pekin şəhərində imzalanmış “zərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə əsasən həyata keçirilir.

Xəbər lenti