Logo

İnklüziv təhsilin təşkili: perspektivlər və reallıq - dəyirmi masa

27.10.2025 12:08 45 baxış
IMG

Gəncə Dövlət Universitetinin (GDU) Əlilliyi olan tələbələr üçün Mərkəzində ümumtəhsil məktəblərin inklüziv siniflərində tədris aparan müəllimlər üçün “İnklüziv təhsilin təşkili: perspektivlər və reallıq” mövzusunda dəyirmi masa keçirilib.

Universitetdən TƏHSİL.BİZ -in bölgə müxbirinə verilən məlumata görə, mərkəzin mütəxəssisi, Ümumi pedaqogika kafedrasının baş müəllimi, inklüziv təhsil üzrə təlimçi-mentor Lamiyə Hacımuradovanın moderatorluğu ilə keçirilən dəyirmi masada GDU-nun elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Sadiq Babayev, Əlilliyi olan tələbələr üçün Mərkəzin direktoru Turanə Qurbanova, Gəncə şəhər 8, 10, 26 və 39 nömrəli tam orta məktəbin müəllimləri iştirak ediblər.

Pərvin Kərimzadə çıxış edərək inklüziv təhsilin əhəmiyyətini vurğulayıb, təşkil edilən bu görüşün inklüziv və adaptiv təhsilin idarə olunması sahəsində nəzəri və praktik biliklərinin artırılmasına mühüm töhfə verə verəcəyini bildirib.

Təlimçi-mentor Lamiyə Hacımuradova inklüziv təhsildə şagird qaydaları, adaptasiya strategiyaları, inklüziv sinif mühitinin təşkili və perspektivlər, sağlamlıq imkanları məhdud olan şagirdlərin sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq üçün praktik səriştələr və metodiki bacarıqlar mövzusunda maarifləndirici məlumatlar verib. İştirakçıların sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

Sonda qonaqlara GDU-da fəaliyyət göstərən Əlilliyi olan tələbələr üçün Mərkəz və universitetdə sağlamlıq imkanları məhdud tələbələr üçün yaradılan imkanlar haqqında məlumat verilib.

Xəbər lenti