Logo

İordaniyalı tələbələr ADAU-da təhsil almağa maraq göstərirlər

06.05.2021 13:20 610 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq əlaqələrinin genişlənməsi özünü əcnəbi tələbələrin coğrafiyasında  göstərməkdədir. İordaniya Haşimilər Krallığının ölkəmizdəki Səfirliyinin missiya rəhbərinin müavini cənab Baider Al Talla keçirilən görüşdə adıçəkilən ölkənin tələbələrinin ADAU-da təhsil imkanları müzakirə edilib.

 

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini, təhsil sektorunun müdiri Emin Əliyev, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov və digər əməkdaşlar iştirak ediblər.

 

Görüşdə həmçinin  ADAU ilə İordaniya Haşimilər Krallığının müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılması məsələləri də müzakirə olunub.

Xəbər lenti