Logo

Bakı Ali Neft Məktəbinin əməkdaş və tələbələri şəhid ailələrini ziyarət edir

06.05.2021 14:00 356 baxış
IMG

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, qazilərin, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir.

 

Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarımızın ailələri, yaralanmış əsgər və zabitlərimiz Ali Baş Komandanımızın, dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub.

 

Azərbaycanın sosial, mədəni, tarixi dəyərlərinə xüsusi həssaslıqla yanaşan Bakı Ali Neft Məktəbi də müqəddəs Ramazan ayında  şəhid və qazi ailələrini əhatə edən sosial layihə həyata keçirir.

 

Aksiya çərçivəsində Ali Məktəbin rəhbərliyi, əməkdaşları və tələbələri Xətai rayonu, eləcə də ətraf ərazilərdə yaşayan onlarla şəhid və qazi ailələrini ziyarət edib, onlara bayram sovqatı hədiyyə edib.

 

Söhbət zamanı şəhid ailə üzvləri Azərbaycan Ordusunun qüdrətinin və qələbəsinin, əsgər və hərbçilərə olan yüksək etimadın onlar üçün təsəlli olduğunu bildiriblər.


Onlar göstərilən diqqət-qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ölkə başçısı tərəfindən göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsi üçün bir örnəkdir.

Xəbər lenti