Logo

Azərbaycan və Çin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

29.10.2025 12:32 90 baxış
IMG

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.

DİA-dan TƏHSİL.BİZ-ə bildirilib ki, bu ali təhsil müəssisəsinin rektoru akademik Urxan Ələkbərov ilə keçirilən görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından, bu əlaqələrdə təhsil sahəsinin xüsusi əhəmiyyətindən söz açılıb.

Görüşdə səfir Lu Mey Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini qeyd edib. Səfir bildirib ki, ölkələrimiz arasında elmi və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Lu Mey akademiya ilə yaxından tanışlığın onda böyük təəssürat yaratdığını vurğulayıb və elm-təhsil sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.

Görüş iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivlərinin və qarşılıqlı təşəbbüslərin müzakirəsi ilə davam edib.

Xəbər lenti