Logo

Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən ordumuza dəstək

12.10.2020 12:41 493 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universiteti Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan tarixi ərazimiz Dağlıq Qarabağ bölgəsində sentyabrın 27-si səhər saatlarından törədilən genişmiqyaslı təxribata cavab olaraq ordumuzun apardığı əks-hücum əməliyyatlarını alqışlayır. Həmçinin inanır ki, tezliklə şanlı Azərbaycan Ordusu Dağlıq Qarabağ və digər işğal olunmuş torpaqlarımızı düşməndən azad edəcək. Silahlı Qüvvələrimizə dəstək məqsədilə universitetin kollektivinin şəxsi təşəbbüsü ilə müvafiq ordu qərargahına müxtəlif çeşiddə zəruri geyim və müxtəlif ləvazimatlar təqdim olunub.

Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, hədiyyə paketlərinə akademik, inzibati heyət və tələbələr tərəfindən ürək sözləri yazılmış “əsgərə məktub”lar da əlavə edilərək cəbhə bölgəsinə göndərilib.

Universitetin tələbə-müəllim heyəti, Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əks-hücum əməliyyatlarını dəstəkləyir və Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müqəddəs Vətən müharibəsində iştiraka hazırdır. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqına eşq olsun! Qarabağ Azərbaycandır!”.

Xəbər lenti