Logo

BDU-nun Jurnalistika fakültəsində magistr dissertasiyalarının ilkin müzakirələri başa çatıb

06.05.2021 16:35 406 baxış
IMG

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tədris planlarında nəzərdə tutulan nəzəri və təcrübi hazırlığı tam yerinə yetirmiş və elmi-tədqiqat işini uğurla başa çatdırmış II kurs magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib.

 

Müzakirələrdə 3 kafedra üzrə 6 ixtisaslaşmada təhsil alan magistrantlar dissertasiya işlərinin ilkin müzakirələrini uğurla yekunlaşdırıb.


Magistrantlar - Lamiyə Süleymanlı, Sünbül Zalova, Xanım Cəfərova, Nigar Abbasova, Yetər Kərimova, Çin Xalq Respublikasından olan əcnəbi tələbələr Liu Xiaonan və Wang Wei-nin tədqiqat işi ətraflı müzakirə edilib və qiymətləndirilib.


Müzakirələrdə Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, kafedra müdirləri və fakültənin professor-müəllim heyəti çıxış edərək pandemiya şəraitinə baxmayaraq magistrantların dissertasiya işlərini müfəssəl yazmaqlarını təqdirəlayiq hal hesab edib, elmi rəhbərlər və kafedralar tərəfindən tədqiqat işlərinə məsuliyyətli yanaşmanı yüksək qiymətləndiriblər.

Xəbər lenti