Logo

BSU-nun əcnəbi tələbələri Heydər Əliyev Mərkəzində ekskursiyada olublar

06.05.2021 16:43 389 baxış
IMG

Mayın 6-da Bakı Slavyan Universitetinin (BSU) Əcnəbi tələbələrlə iş üzrə dekanlıgının təşkilatçılığı ilə bu universitetdə təhsil alan əcnəbi tələbələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

 

Məlumat üçün qeyd edək ki, ekskursiyada BSU-da Rusiya Federasiyasından,  Çin Xalq Respublikasından, Türkiyə Respublikasından, Hindistan Respublikasından, İndoneziya Respublikasından, Qazaxıstan Respublikasından, Türkmənistan Respublikasından təhsil alan əcnəbi tələbələr iştirak ediblər.

 

Ekskursiya onlarda ulu öndər Heydər Əliyevin keçdiyi mənalı və şərəfli həyat yolu və çoxşaxəli ictimai-siyasi fəaliyyəti haqqında zəngin təəssürat yaradıb.


Mətbuat və informasiya şöbəsi

Xəbər lenti