Azərbaycan Respublikasının Təhsil İnstitutu Sizi, 19 may 2021-ci il, saat 19:00-da “Mühəndislik tədqiqatı innovasiyanın mühərriki kimi” adlı vebinarda iştirak etməyə dəvət edir. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində baş tutacaq.
Tədbir innovativ inkişafda mühəndis tədqiqatlarının əsas roluna fokuslanacaq. Vebinar zamanı dünyada və Azərbaycanda elmi tədqiqat müəssisəsinin qarşısında duran problem və çətinliklər, elmi tədqiqatların gücləndirilməsi, sənaye yönümlü tədqiqatların aparılması və bu prosesdə ali təhsil müəssisələrinin rolu müzakirə olunacaq.
Vebinarda spiker qismində Roma Sapienza Universitetində Elektrik, elektronika və nanotexnologiya mühəndisliyi üzrə doktorantura təhsili alan Orxan Kərimzadə çıxış edəcək. Orxan Kərimzadə hal-hazırda günəş elektrik stansiyaları üçün GaN (Gallium nitrate) əsaslı inverterlərin layihələndirilməsi üzərində çalışır. O, bakalavr təhsilini Cənubi Koreyanın KAIST Universitetində (Koreya Yüksək Elm və Texnologiyalar Universiteti) Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə alıb. Vebinarda iştirak etmək üçün daha ətraflı məlumatla burada tanış ola bilərsiniz: