Logo

Azərbaycanda bir şagirdi olan iki məktəb var

06.05.2021 17:35 2168 baxış
IMG

Azərbaycanda ən az şagird sayı olan məktəblər açıqlanıb.

 

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisələrində şagird sıxlığı əhalinin məskunlaşma faizinə düz mütənasib olaraq dəyişir:

 

"Belə olan halda sorğunuza cavab olaraq bildiririk ki, respublikada ən az şagirdi olan 2 məktəb var. Onlar Lerik rayon Təndül kənd və Şabran rayon Leyti kənd ibtidai məktəbləridir. Adıçəkilən təhsil müəssisələrində 1 nəfər təhsil alan qeydə alınıb".

Xəbər lenti