Logo

BMU ilə “Azertexnolayn” MMC arasında əməkdaşlıq sənədi imzalanıb

06.05.2021 17:41 847 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) ilə “Azertexnolayn” MMC arasında əməkdaşlıq razılaşması imzalanıb. Razılaşmanı BMU-nun rektoru, professor Havar Məmmədov və “Azertexnolayn” MMC-nin direktoru Tofiq Məmmədov imzalayıb.

 

Sənədin imzalanmasında əsas məqsəd müasir bilik və təcrübənin qarşılıqlı istifadəsi, universitet və tələbələrin “Azertexnolayn” MMC-nin fəaliyyətinə cəlb edilməsi və tərəflər arasında Azərbaycanda sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsidir. Bununla yanaşı, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətin inkişafına kömək göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq münasibətlərinin istiqamətini müəyyən edir.

 

Qarşılıqlı əməkdaşlığın forma və istiqamətləri sırasında aqrar sahədə qarşılıqlı informasiya mübadiləsi və məsləhətləşmələr aparmaq, müxtəlif statuslu elmi və elmi-texniki konfransların birlikdə keçirilməsini təmin etmək, seminar, konfrans, forum, layihə və sərgilərdə birgə iştirak və digər bu kimi məsələlər yer alıb.

 

Razılaşmaya əsasən, BMU tələbələri “Azertexnolayn” MMC-də və ona üzv təşkilatlarda günlük təcrübə gəzintiləri keçə biləcək, tələbələrə müvafiq elmi işlər və bu kimi istiqamətlər üzrə araşdırmalar aparmaq imkanı yaradılacaq. Eyni zamanda, yüksək biliyə yiyələnən BMU məzunlarının işlə təmin olunmasına köməklik göstərmək, tələbələri müəssisənin fəaliyyəti və orada mövcud kadr tələbatı haqqında məlumatlandırmaq məqsədilə BMU-da “Karyera günləri” keçirmək də sənəddə öz əksini tapıb.

 

Əməkdaşlıq çərçivəsində BMU ölkədə sənaye sahəsində sahibkarlıq mühitini və sahibkarlıq subyektlərinin potensial imkanlarının qiymətləndirilməsini apararaq müvafiq ixtisaslaşma, təkmilləşdirmə və ikinci ixtisas proqramlarını təklif edəcək. Bununla yanaşı, universitetin maddi-texniki bazası, kitabxanaları, təlim zalları, müasir laboratoriyalarına səfərlər və istifadə imkanları yaradılacaq, eləcə də müxtəlif layihələrin keçirilməsinə dəstək göstəriləcək.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbər lenti