Logo

8 və 16 mayda şagirdlərə hansı günün dərsləri keçiriləcək?

06.05.2021 18:32 997 baxış
IMG

Ramazan bayramı ilə əlaqədar istirahət günlərinin yerlərinin dəyişməsi səbəbindən 8 və 16 may məktəblərdə iş günüdür.

 

Tehsil.biz xəbər verir ki, valideynləri düşündürən sual həmin tarixlərdə hansı günün tədris proqramının keçiriləcəyi ilə bağlıdır.

 

Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət gününün yerləri dəyişdirilib.

 

Bu da o deməkdir ki, bu həftənin şənbə günü mayın 11-i üçün nəzərdə tutulan dərslər, növbəti həftənin bazar günündə isə mayın 12-də keçirilməsi nəzərdə tutulan cədvəl əsasında dərslər keçiriləcək.

 

Qeyd edək ki, Ramazan bayramı günləri də daxil olmaqla ölkədə mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq.

Xəbər lenti