Logo

BDU-nun tələbələri Hərbi Qənimətlər Parkında olub - FOTO

07.05.2021 12:03 458 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri Hərbi qənimətlər parkına səfər ediblər.

 

Parkda tələbələrə 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Qələbə haqqında, əldə olunmuş hərbi qənimətlər haqqında məlumat verilib. Azərbaycan ordusunun əzmi və qətiyyəti hərbi qənimətlər fonunda nümayiş etdirilib.

 

Sonra tələbələr azad olunan ərazilərdən qənimət götürülən hərbi texnikalar yaxından tanış olub, "Qarabağ Azərbaycandır!" yazısı yazılmış 2 mindən çox avtomobilin nömrə nişanlarından ibarət lövhə önündə xatirə fotosu çəkdiriblər.

 

Qeyd edək ki, Hərbi Qənimətlər Parkında İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

 

 

Xəbər lenti