Hadisə Ağdam rayonunun Orta Qərvənd kəndində qeydə alınıb.
Tehsil.biz Lent.az-a istinadən bildirir ki, kənd sakini, 17 yaşlı Məmmədov Şəfaət Elman oğlu özünü tövlədə asıb.
İlkin məlumata görə, Ş. Məmmədov buraxılış imtahanında az bal topladığı üçün canına qəsd edib.