Logo

BMU-da narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib

07.05.2021 13:51 544 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə narkomaniyaya qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Bildirib ki, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1996-cı il 26 avqust tarixli Fərman imzalanıb. Prorektor çıxışında Prezident cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ndan da bəhs edib.

 

B.Hüseynzadə narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıb. O, problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işinin genişləndirmək olduğunu vurğulayaraq, universitetdə görülən profilaktik tədbirlər barədə ətraflı məlumat verib.

 

Tədbirdə BMU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ləman Şərifova və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Amil Abdullayev mövzu ilə bağlı çıxış ediblər.

 

Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbər lenti