Logo

Nazir: "Ukraynanın xarici siyasətində Azərbaycan daim öncül mövqedə olub"

07.05.2021 13:55 582 baxış
IMG

“Azərbaycan Ukrayna universitetlərinin, ali təhsilin qarşılıqlı faydalı əməkdaşlıq qurmağa çalışdığı əsas ölkələrin sırasındadır”.

 

Bu barədə “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın təhsil və elm naziri Serhiy Şkarlet bildirib.

 

O deyib ki, Ukraynanın xarici siyasətində Azərbaycan daim öncül mövqeyə malik olub, aramızdakı əməkdaşlıq uğurla inkişaf edir: "2017-ci ildə Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak etmişik. Məncə, bu istiqamətdə daha bir tədbirə ehtiyac var, çünki hər iki ölkənin universitetləri ötən müddətdə xeyli nailiyyətlər qazanıb”.

Xəbər lenti