Rusiyanın Primorsk vilayətində Uzaq Şərq Federal Universitet məktəbinin şagirdi Georgi Budnik tibbi maskaya yapışdırılan və maskanın dəyişmə vaxtının gəldiyini bildirən “SensPin” sensor tipli sancaq icad edib.
Bu barədə universitetin mətbuat xidmətinə istinadla INTERFAX.RU xəbər verib.
Bildirilib ki, maskanın içərisinə miniatür sancaq bərkidilib. Parça nəm olduqda və qoruyucu effektivliyini itirdikdə “SensPin” smartfon telefona maskanın dəyişmə vaxtının gəldiyinə dair siqnal ötürür. Sancaq simsiz rabitə ilə enerji toplaya və yenidən istifadə edilə bilər.