Logo

Peşə məktəblərinə direktor müavinlərinin işə qəbulu üzrə test imtahanının nəticələri açıqlanıb

07.05.2021 15:36 317 baxış
IMG

Peşə məktəblərinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun test imtahanı mərhələsinin nəticələri açıqlanıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən  bildirilib ki, test imtahanı nəticələrinə əsasən tədris istehsalat işləri və tərbiyə işləri üzrə direktor müavini vakansiyaları üzrə keçid balı 30, inzibati təsərrüfat işləri üzrə direktor müavini vakansiyaları üzrə isə 20 bal müəyyən edilib. Test imtahan mərhələsində iştirak etmiş namizədlərdən 77 nəfəri müsahibə mərhələsində iştirak hüququ əldə edib. İmtahan mərhələsində ən yüksək nəticə olaraq 46 bal qeydə alınıb. Namizədlər öz imtahan nəticələri barədə daha ətraflı məlumatla portal.edu.az elektron sistemindəki şəxsi kabinetlərində tanış olar bilərlər.

 

 

 

Xəbər lenti