Logo

Bakı, Sumqayıt və Abşeronda dərslər bu formada keçiriləcək

07.05.2021 21:36 524 baxış
IMG

Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

 

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarındə öz əksini tapıb.

 

Qeyd edək ki, mövcud qərara əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində mayın 17-dən əyani tədris forması qismən bərpa ediləcək.

Xəbər lenti