Logo

BMU-da ingilis dilində teledərslərə start verilib

12.10.2020 15:33 390 baxış
IMG

Bu gündən etibarən Bakı Mühəndislik Universitetində (BMU) teledərslərə start verilib. Teledərslərin rahat formada və istənilən zaman izlənilməsi məqsədilə BMU-nun saytında (https://beu.edu.az/az/page/teleders-190/) “Teledərs” bölməsi yaradılıb. Bölməyə ilkin olaraq Kimya mühəndisliyi, Dünya iqtisadiyyatı, Kimya müəllimliyi, Mexanika mühəndisliyi, Biologiya müəllimliyi və Fizika müəllimliyi ixtisasları üzrə altı labarotoriya dərsi yerləşdirilib.

BMU-da tədrisin 70 faizə yaxın ingilis dilində olması nəzərə alınaraq teledərslər bu dildə hazırlanıb. Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ingilis dilində teledərslər ərsəyə gətirilərkən daha çox onlayn keçirilməsi çətinlik törədən xüsusi ixtisaslara, laboratoriya şəraitində öyrədilməsi zəruri olan fənnlərə üstünlük verilib. Bu isə tələbələrin praktik-təcrübi laboratoriya işlərini daha rahat izləməsinə, eyni zamanda onların dil bacarıqlarının təkmilləşdirilməsinə də öz töhfəsini verəcək.  Layihə həm də mövcud pandemiya şəraitində tədrisə marağın azalmaması məqsədinə xidmət edir.

BMU TV vasitəsilə çəkilən və televiziya formatında hazırlanan teledərslərdən digər ali məktəblərin tələbələri də yararlana bilərlər.

Xəbər lenti