Logo

AzTU-nun yeni prorektoru kollektivə təqdim olundu

08.05.2021 08:40 594 baxış
IMG

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Azərbaycan Texniki Universitetinin (AzTU) Elm və innovasiya üzrə prorektoru təyin olunan Prof.Dr. Çetin Elmas kollektivə təqdim edilib.

 

Tədbirdə çıxış edən rektor Vilayət Vəliyev bildirib ki, Çetin Elmasın təhsil, elmi-tədqiqat və innovasiyalar sahəsində geniş fəaliyyəti AzTU-nun konsepsiyasına uyğundur. Çetin Elmas layihələrin idarə olunması və süni intellekt üzrə dünya şöhrətli alimdir. Türkiyə Süni İntellekt Assosiasiyasının təsisçisi və prezidentidir. Rektor müasir tədqiqat trendlərinə müvafiq olaraq AzTU-da süni intellekt, robototexnika, enerji, nəqliyyat sahələri üzrə gənc kadrların hazırlanmasında və sahibkarlıq ekosisteminin formalaşmasında Çetin Elmasın xüsusi rolunun olacağına ümid etdiyini vurğulayıb. 

 

AzTU-nun Elm və innovasiya üzrə prorektoru Çetin Elmas ona göstərilən etimada görə təhsil naziri Emin Əmrullayevə təşəkkürlərini çatdırıb. Bildirib ki, AzTU-nun yaxın zamanlarda regionun ən öndə gedən ali təhsil müəssisəsinə çevriməsi istiqamətində səylərini əsirgəməyəcək.

 

Xəbər lenti