Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Ordusunun Qarabağın Ermənistanın işğalından azad olunması uğrunda apardığı mübarizədən və qazandığı uğurlardan bərk narahatlıq hissi keçirməsi təəccüb doğurmur.
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Fransanın Ermənistana tam dəstək mövqeyindən çıxış etməsi onun münaqişənin nizamlanması üçün aldığı beynəlxalq mandata tamamilə ziddir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov bildirib.
Professor deyib: “E.Makron ailəsi ilə birlikdə Paşinyanla rəqs etməsini öz şəxsi həyatı kimi təqdim edə bilər, amma Fransa Minsk qrupu həmsədrlərindən biri olduğundan onun prezidenti neytrallığını qoruyub saxlamalı idi. Fransanın Ermənistana sevgisinin nəticəsidir ki, heç bir ciddi araşdırma aparmadan qondarma “erməni soyqırımı” tanındı, E.Makron prezident seçildikdən sonra isə 24 aprel qondarma “erməni soyqırımı” günü elan edildi.
Tarixdən bəllidir ki, bəşəriyyətin insan hüquq və azadlıqları istiqamətində yeni pilləyə yüksəlməsində Fransa xalqının böyük rolu olub. Hələ 1789-cu ildə Fransa Milli Assambleyasının qəbul etdiyi “İnsan və vətəndaş hüquqları haqqında bəyannamə” bəşəriyyəti yeni ideyalarla zənginləşdirib. E.Makron ola bilər ki, Fransa tarixinin bəzi mütərəqqi səhifələri haqqında mükəmməl məlumata malik olmasın. Amma heç olmasa öz xalqının görkəmli nümayəndələrinin ermənilər haqqında yazdıqlarına hörmətlə yanaşmalı idi.
Fransız səyyahı qraf De-Şolyenin sözlərini xatırlatmaq istərdim: “Mən onlarla (ermənilərlə) heç vaxt razılığa gələ bilmədim. Onların hiyləgərliyi olduqca iyrəncdir, alçaqlığı olduqca dözülməzdir, şərəfsizliyi isə təəssüf doğurur”.
Aleksandr Düma isə “Qafqaz səfəri” kitabında ermənilər haqqında yazırdı ki, onlar fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevriliblər. Dünən onlara həyan olan, kömək edən bir adam bu gün gözdən, etibardan düşəndə ona kömək etmirlər... nankora çevrilirlər.
Fransız coğrafiyaçısı və tarixçisi, Paris Coğrafiya Cəmiyyətinin üzvü Elize Reklyünün 1906-cı ildə çap olunan “Yer və insanlar” kitabında ermənilərin Qafqaza sonradan gəldikləri təkzibedilməz sübutlarla əsaslandırılır və onların köçüb gəldiyi yerləri əks etdirən xəritə də təqdim edilir.
E.Makronun əgər bu əsərlərdən də məlumatı yoxdursa, onda heç olmasa Xocalı faciəsinin şahidi, fransız jurnalist Jean Yves Junetin yazılarına diqqət yetirsin: “Biz Xocalı faciəsinin şahidiyik. Xocalı müdafiəçilərinin, yüzlərlə mülki şəxsin - qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini öz gözlərimizlə gördük... Helikopterimizi ermənilər atəşə tutduğuna görə çəkilişləri bitirə bilmədik. Ancaq gördüklərimiz edilən vəhşiliklər haqqında fikir yürütmək üçün kifayət idi. Dəhşətli bir mənzərə idi. 5-6 yaşlı uşaqları, körpələri, hamilə qadınları vəhşicəsinə öldürən ermənilər heç bir vəhşi ilə müqayisə oluna bilməzlər”.