Logo

"Məktəblərdə virusun çoxalması gözlənilir" - Adil Qeybulla

12.10.2020 15:40 570 baxış
IMG

"Qapalı mühütdə karantin qaydalarının şərtləşdirilməsi çox vacibdir”.
Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla son günlər respublika ərazisində COVİD-19 infeksiyasının artmasına aydınlıq gətirərkən deyib. Professor hesab edir ki, müharibə insanlarda bir az arxayınlıq yaradıb:

 

"Sanki bu məsələ bir az arxa plana keçib. Ona görə hansısa karantin qaydalarının, tədbirlərinin pozulması halları artıb. Xüsusən də məktəblər də bir az buna fon yaradıb. Mən tam əminliklə deyirəm ki, məktəblərdə də virusun çoxalması gözlənilir. Müəllimlər məktəbdə müəllimlər otağında maskasız otururlar. Bütün bunlar böyük yoluxma potensialı yaradır”.
 

Adil Qeybullanın fikrincə, bu sahəyə diqqət və tələb artırılmalıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 230 yeni yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Xəbər lenti