Logo

Fizika İnstitutunda Heydər Əliyevin xatirəsi anılıb

09.05.2021 09:33 373 baxış
IMG

Mayın 8-də Fizika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

İnstitutdan bildirilib ki, tədbirdə Ulu Öndərin alimlərə göstərdiyi qayğıdan söz açılıb, Ümummilli Liderin Fizika İnstitutuna gəlişi haqqında tarixi məlumat diqqətə çatdırılıb.

 

Tədbir çərçivəsində Fizika İnstitutunda əsas korpusun girişində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının işğaldan azad olunmasına həsr edilən güşənin açılışı olub. Guşədə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsinin fəlsəfəsini əks etdirən stendlər nümayiş etdirilir.

Xəbər lenti