Logo

Ötən il Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzunu bp şirkətindən iş təklifi alıb

09.01.2026 11:44 89 baxış
IMG

2025-ci ildə Bakı Ali Neft Məktəbinin (BANM) 30 tələbə və məzununa dünyanın nəhəng enerji şirkətlərindən biri olan bp şirkəti tərəfindən iş təklifi olunub.

BANM-dən bildirilib ki, onlardan 13 nəfəri artıq şirkətdə işə başlayıb. bp-də işə başlayan 13 nəfərdən 11-i BANM-in 2025-ci il məzunu, 2-si isə V kurs tələbəsidir.

Bundan əlavə, ötən il şirkətdə təcrübə proqramında iştirak edən BANM tələbələrinə də iş təklifi olunub. Həmin tələbələr neft-qaz mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alırlar.

Ümumilikdə BANM-in 100-dən çox məzunu bp-də müxtəlif vəzifələrdə çalışır.

 

Xəbər lenti