Logo

ABŞ-da yaşayan azərbaycanlı gəncin uğur hekayəsi - VİDEO

09.05.2021 09:38 500 baxış
IMG

ABŞ-da yaşayan həmyerlimiz Selcan Əhmədli bir neçə il əvvəl məktəbdə oxuya-oxuya 14 yaşında Şimali Dakota Universitetinə daxil olub. Bu il isə 17 yaşında həm orta, həm də ali məktəbi eyni vaxtda bitirərək doktorluq pilləsi üzrə təhsilini davam etdirəcək.

 

Tehsil.biz xezerxeber.az-a istinadən bildirir ki, Selcan Əhmədli doktorontura təhsili üçün seçdiyi univeristetlərin bir çoxuna tam təqadüdlə qəbul edilib.

 

Riyaziyyatçı ailəsində böyüyən Selcanın bu fənnə böyük marağı olub. O, 8-ci sinifdə təhsil alarkən orta məktəblər üçün nəzərdə tutulmuş riyaziyyat dərsliklərinin əksəriyyətini oxuyaraq bitirib. Onun riyaziyyat üzrə araşdırmaları nüfuzlu elmi jurnallarda dərc olunub.

 

Northvestern Universitində (Northwestern University) oxuyacaq Selcanın bütün təhsil xərcləri ali məktəb tərəfindən qarşılanacaq və əlavə olaraq universitet ona illik 40 min dollar təqaüd verəcək. Selcan riyaziyyat üzrə akademik tədqiqatlarını davam etdirmək niyyətindədir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

https://daytube.az/az/embed/106940

Xəbər lenti