Logo

Təhsil müəssisəsində tələbə vəfat etdi

12.01.2026 12:12 32 baxış
IMG

Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma başlanıb.

12 yanvar 2026-cı il tarixində Bayramov Röyal Vüqar oğlu səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşmiş və huşunu itirərək yıxılmışdır. Hadisə dərhal qeydə alınmış, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılmışdır. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır.

Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaqdır.

Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Xəbər lenti