Yanvarın 29-da Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “DemoDay” tədbiri keçiriləcək.
İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək “DemoDay” çərçivəsində müxtəlif sahələri əhatə edən layihələr təqdim olunacaq, komandalar öz ideyalarını, hazırladıqları məhsul və həlləri iştirakçılara nümayiş etdirəcəklər.