Logo

BDU-nun Fizika fakültəsində "Dövrümüzdə Faşizmin yeni təzahürləri" adlı tədbir

09.05.2021 13:56 1384 baxış
IMG

Bakı Dövlət Universitetinin Fizika fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 9 may faşizm üzərində qələbə günü ilə əlaqədar "Dövrümüzdə Faşizmin yeni təzahürləri" adlı  onlayn tədbir keçirilib.

 

Tədbirdə Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov faşizm ideologiyasının tarixindən, bəşəriyyətə vurduğu zərərlərdən danışıb, II Dünya müharibəsində faşizmin ciddi məğlubiyyətə düçar edilməsinə baxmayaraq, hələ də dünyada bu ideologiyanın daşıyıcılarının qalmaqda olduğunu, yeni formalarda üzə çıxdığını qeyd edib. Buna misal kimi o, "erməniliyi" göstərib, bu ideologiyaya qulluq edənlərin fəaliyyət metodlarının, düşüncələrinin tamamilə faşizm ideologiyası ilə eyni olduğunu bildirib. Sonra fakültə THİK sədri Günel Əliyeva, fakültənin tələbələri - Nigar Sofiyeva, Zabitə Məmmədova  və Səmayə Fətəliyeva  çıxış edib, erməni faşizminin iç üzünü açan faktlar barədə, xalqımıza qarşı törədikləri soyqırımı, insanlıq adına sığmayan cinayətləri barədə danışıblar.

 

Sonda Səmayə Qasımlının hazırladığı erməni vəhşiliklərini əks etdirən videoçarxlar təqdim olunub.

Xəbər lenti