Logo

Əcnəbi tələbələr Heydər Əliyev Muzeyində olublar

09.05.2021 18:28 435 baxış
IMG

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümü münasibəti ilə Heydər Əliyev Muzeyində olublar. 50-yə yaxın xarici tələbənin iştirak etdiyi ekskursiyada bələdçi qeyd edib ki,  Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Muzeyi 10 may 1999-cu ildə 420 eksponatla fəaliyyətə başlayıb. Muzeydə hazırda 4746 eksponat var.

 

Vurğulanıb ki, muzeydə Ulu öndər Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunan stendlər, Naxçıvan Ali Məclisinin sədri işlədiyi dövrə (1991-1993) aid şəxsi sənəd və materiallar, imzaladığı məktub,  qərar və sərəncamlar,  Türkiyə Cumhuriyyəti  və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri,  Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

 

Bildirilib ki, muzeydə ­görkəmli dövlət xadiminin həyat və fəaliyyəti ilə bağlı nə varsa, ehtiramla qorunur, tədqiq və təbliğ edilir. Onun zəngin irsi və dövlətçilik təcrübəsinin öyrənilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır.

Xəbər lenti