Logo

Yaponiyada təqaüdlü təhsil proqramları

10.05.2021 14:12 1046 baxış
IMG

Yaponiya dövləti 2021-2022-ci tədris ili üzrə təqaüdlü təhsil proqramları (MEXT) elan
edir.

 

Ümumi məumat: Yaponiyanın Azərbaycandakı Səfirliyi Yaponiya Dövlət Təqaüd Proqramı
(MEXT) üzrə sənəd qəbuluna başlamışdır. Sözügedən proqram Yaponiyanın Təhsil,
Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin (MEXT) Azərbaycan Respublikasının
vətəndaşları üçün sözügedən ölkənin ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyəri üzrə
təqaüdlü təhsil almaq imkan yaradır.

 

Təhsil səviyyəsi: subbakalavriat, bakalavriat, magistratura, doktorantura və tədqiqat;
İxtisaslar: müxtəlif

 

Maliyyələşmə: təhsil haqqından azad olunma, aylıq təqaüd, gediş-dönüş aviabilet
3 istiqamət üzrə təklif olunan təqaüd proqramları:
 Elmi-tədqiqat (magistratura, doktorantura və tədqiqatçı) üzrə Yaponiya Dövlət
Təqaüd proqramı (yaş həddi 35-dək)
o Proqram barədə ətraflı məlumat: (keçid)
o Tədris dili: yapon və ya ingilis dili
 Bakalavriat üzrə Yaponiya Dövlət Təqaüd proqramı (yaş həddi 25-dək)
o Proqram barədə ətraflı məlumat: (keçid)
o Tədris dili: yapon dili
 Texnologiya Kolleci (subbakalavriat) üzrə Yaponiya Dövlət Təqaüd proqramı
(yaş həddi 25-dək)
o Proqram barədə ətraflı məlumat: (keçid)
o Tədris dili: yapon dili

Xəbər lenti