Logo

Bakı Ali Neft Məktəbindən #erməniterrorunason

12.10.2020 17:10 466 baxış
IMG

Bakı Ali Neft Məktəbi (BANM) Ermənistanın sentyabrın 27-dən başlayaraq bu gün də davam edən hərbi ‭‬təxribatı‭ ‬nəticəsində‭‭ ‬Azərbaycanın ‬şəhər,‭‬ ‭‬kənd‭ ‬və‭ ‬yaşayış məntəqələrinin‭ ‬raket‭‭ ‬və‭ ‬ağır‭ ‬artilleriya‭‭ ‬atəşinə‭‭ ‬məruz‭ ‬qalmasına‭ ‬və‭ ‬insan‭ ‬tələfatına‭ ‬diqqəti çəkmək üçün ingilis dilində videoçarx hazırlayıb. ‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

 

BANM-dən bildirilib ki, daha çox insana çatması üçün videoçarx #erməniterrorunason həştəqi ilə açıq informasiya resurslarında yerləşdirilib və ali məktəbin əməkdaşlıq etdiyi tərəfdaşlara göndərilib.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

 

Videoçarxda erməni vandalizmi, onların mülki əhalini hədəf seçən hücumları qeyd olunub. Günahsız uşaqların, qadın və yaşlıların həlak olduğu və yaralandığı mülki əhaliyə qarşı hücumlar terrorizm kimi xarakterizə olunub. Azərbaycanın‭ ‬öz‭ ‬torpaqlarını‭‭ ‬azad‭ ‬etmək‭ ‬uğrunda‭‭ ‬mübarizə‭ ‬apardığı,‭ ‬‬təmas‭ ‬xəttindən kənarda‭ ‬yerləşən‭ ‬‬Gəncə,‭ ‬Mingəçevir kimi‭ ‬‬iri‭ ‬infrastruktur‭‬ ‭‬şəhərlərinin çoxsaylı və‭ ‬qeyri-qanuni hücumlara məruz qalmasına, azyaşlı məktəblilərin həlak olmasına ayrıca yer verilib.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

 

“Biz ədalət istəyirik!” şüarı ilə bitən videoçarx haqq səsimizin duyulmasına bir töhfə olacaq.

Xəbər lenti