Oktyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji kəşfiyyat və Qaz-neft-mədən fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib. Görüş koronavirus (Covid-19) pandemiyası dövründə xəstəliyin yayılm riskinin olduğunu nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş zəruri göstərişlərin nəzərə alınması, sosial məsafə və gigiyena qaydalarının gözlənilməsi şəraitində olub.
Tehsil.biz xəbər verir ki, zamanı çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı bu il tələbə adını qazanmış gəncləri təbrik edərək ADNSU-nu seçdiklərinə, ali təhsil pilləsində ilk addımlarını bu təhsil ocağından atdıqlarına görə tələbələrə, onların valideynlərinə təşəkkürünü bildirib. Professor Mustafa Babanlı tələbələrə ADNSU-dakı möcud təhsil və tədris sistemi, onların biliyinin qiymətləndirilməsi, imtahanların təşkili haqqında məlumat verib. Bildirib ki, universitetdə yaxşı təhsil almaq üçün hər bir şərait yaradılıb. Yetərki, tələbə oxumaq, elm, bilik əldə etmək istəsin, bunun üçün səy göstərsin. Onlayın və ya oflayın (ənənəvi formada) olmasından asılı olmayaraq dərsə ciddi yanaşan, tədris proqramını vaxtında mənimsəyən tələbənin keyfiyyətli elm qazanması, ixtisaslı mütəxəsis kimi formalaşması üçün heç bir maneə yoxdur.
Birinci kurs tələbələri ilə görüş zamanı müasir texnoloji imkanların universitetdə geniş tətbiq olunduğunu vurğulayan professor Mustafa Babanlı bu yeniliklərin tələbələrin təhsilalma şəraitini daha da əlçatan etdiyini deyib. Qeyd edib ki, ADNSU-da yaradılan Unibook – “Elektron Universitet” sistemi dərs vəsaitlətlərinin maneəsiz tələbələrə çatdırılması, onların biliyinin qiymətləndirləməsi və digər bu kimi məsələlərin vahid mərkəzdən idarə edilməsini təmin edən elektron platformadır.
Professor Mustafa Babanlı görüşdə həmçinin tələblərə dünyada, ö cümlədən ölkəmizdə yayılan koronavirus (Covid-19) infeksiyasından qorunmağı tövsiyə edərək tədris zamanı hər bir tələbənin tibbi maskadan istifadə etməsinin, sosial məsafənin gözlənilməsinin və gigiyena qaydalarına ciddi əməl etməsinin vacibliyini vurğulayıb.
Görüşdə həmçinin fakültə dekanları – Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, Qaz-neft mədən fakültəsinin dekanı, professor Qafar İsmayılov, ADNSU-nun İnformasiya Texnologiyaları Departamentinin direktoru Elnur Səfərli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev çıxış edərək ADNSU-nun tarixi, inkişaf mərhələləri, burada tələbələr üçün yaradılmış şərait, ali təhsil müəssisəndə mövcud olan mərkəzlərin fəaliyyəti, xüsusi dərnək bölmələri, kredit sistemi ilə tədrisin təşkili, tələbə mobilliyi, TEAMS platformasından, müxtəlif formatlı elektron məlumatlardan, fayllardan istifadə qaydaları və digər bu kimi məsələlər haqqında tələbələrə məlumat veriblər, onların suallarını cavablandıblar.