Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərindəki 175 nömrəli məktəbdə baş vermiş atışmada ölənlərin sayı 11 nəfərə çatıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 3-cü mərtəbədən atlanan daha 2 şagird xəsarət alıb.
Daha əvvəl atışmada 9 nəfərin öldüyü bildirilirdi. Qeyd edilirdi ki, ölənlərdən çoxu şagirdlərdir.
Hadisə zamanı 21 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Məlumata görə, insidenti 2 nəfər törədib. Onlardan birinin saxlanıldığı bildirilir.