""Tehsil.biz" xəbər portalı pandemiya dövründə Azərbaycan universitetlərində tədrisin gedişi ilə bağlı "Sorğu" layihəsini davam etdirir.
Bu dəfəki sorğumuz
Azərbaycan Əmək və Sosial Münasibətlər akademiyası ilə bağlıdır.
***
Pandemiya dövründə tədrisin təşkili ilə bağlı ümumi məlumat
Bu gün dünyada yayılan yeni növ koronavirus pandemiyası bir çox sahələrdə çətinliklər yaratmışdır. Narahatedici məqamlardan biri də təhsil sahəsində yaşanan çətinliklərdir. Bu çətinliklərin aradan qaldırılması istiqamətində Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində yaranan problemlər həllini tapdı.
Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da tədris ənənəvi formadan onlayn tədrisə keçirilmişdir. 2020-ci ilin mart ayının 3-dən koronavirus (Covid-19) pandemiyasının respublika ərazisində yayılmasının qarşısının alınması məqsədilə tədris və təlim-tərbiyə prosesi dayandırılmışdır.
Onlayn tədrisin təşkil edilməsi üçün 25.03.2020-ci il tarixində Təhsil Nazirliyinə müraciət edilmiş, 08.04.2020-ci il tarixində isə “Microsoft şirkəti tərəfindən Akademiyaya Microsoft Teams Platformasına giriş üçün lisenziya verilmişdir. Qısa bir zaman ərzində Akademiyanın müəllim və tələbələrinə kooperativ hesablar açılmış və onlayn dərs qrupları yaradılaraq 13.04.2020-ci ildən 17 qrup üzrə dərslər başlanmışdır. Elektron ünvanlara tədris olunan fənlərin mühazirə mətnləri, imtahan sualları və tədrislə bağlı zəruri materiallar göndərilmişdir.
2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi zamanı Azərbaycan Rspublikasının Nazirlər Kabinetinin “Koronovirus (Covid-19) pandemiyasının ölkənin təhsil müəssisələrində tədris prosesinə mənfi təsirini aradan qaldırılması ilə bağlı bəzi tədbirlər baradə” 18 may 2020-ci il 179 saylı qərarını, Təhsil Nazirliyinin 20.05.2020-ci il tarixli 01-11-522/15 nömrəli məktubunu və 02.06.2020-ci il tarixli F-277 saylı əmri əsas götürülmüşdür.
2020/2021-ci tədris ilində də tədrisin təşkili onlayn formada davam edir. Bunun üçün Təhsil Nazirinin “Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat”ın təsdiq edilməsi barədə 11.09.2020-ci il tarixli F-424 nömrəli əmri əsas götürülmüşdür.
2020/2021-ci tədris ilində də tədris, tərtib olunmuş tədris planı əsasında yerinə yetirilir. Tədrisin onlayn formada təşkili zamanı akademik saatın müddəti 30 dəqiqə nəzərdə tutulmuşdur. Akademik saatlararası 5 dəqiqədən az olmamaqla fasilə verilir. Dərslərdə qeydə alınan video yazıdan tələbələr istənilən zaman istifadə edə bilərlər.
Tədrisin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı əsas götürülmüşdür.
2020/2021-ci tədris ilinin yaz semestrində Akademiyada 586 nəfər tələbə təhsil alır. Akademiyada təhsil alan tələbələr Azərbaycanın bütün bölgələrini əhatə edir. Ona görə də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Elmi Şurası “Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat”a əsasən Akademiyada tədrisin distant formada təşkil olunması haqqında qərar qəbul etmişdir.
Demək olar ki, hər bir tələbə onlayn formada dərslərə qoşulur. Lakin internet şəbəkəsinin sürəti ilə əlaqədar çətinliklərlə üzləşən tələbələr də var. Mümkün qədər çalışırıq ki, onlara da kömək edək.
2019/2020-ci tədris ilinin yaz və 2020/2021-ci tədris ilinin payız semestrində Microsoft Teams platforması üzərindən onlayn dərslərdə iştirak edən tələbələrin imtahanlara giriş balı 34-50 bal arası hesablanmış, onlayn dərslərdə az iştirak edən tələbələr üçün isə imtahanlara giriş balı 34 bal nəzərdə tutulmuşdur. Bu qayda yaz semestri üçün də öz qüvvəsində qalır.
Tələbələrə sərbəst işlər 10 bal güzəşt edilmiş, davamiyyət dərsdə iştirakdan asılı olmayaraq 10 bal (17.02.2020-ci il tarixindən 02.03.2020-ci il tarixinə qədər ənənəvi qaydada keçirilən dərslər zamanı tələbənin davamiyyət göstəricilərində q/b olubsa, onu nəzərə almaqla), seminar balının isə ənənəvi qaydada keçirilən dərslər zamanı tələbənin qazandığı müvəffəqiyyət göstəricisini də nəzərə almaqla yalnız keçirilmiş 3 (üç) kollokvium qiymətlərinin əsasında müəyyən edilməsi məqsədəuyğun hesab edilmişdir.
2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası üçün imtahan sualları 5 sual olmaqla şifahi formada keçirilmişdir. Eyni qayda 2020/2021-ci tədris ilinin payız və yaz semestrlərində də nəzərdə tutulmuşdur. Həmçinin, imtahan sualları fənn saatlarından asılı olaraq 90-75 saatlıq fənlər üçün – 50 imtahan sualı; 60-45 saatlıq fənn üçün – 40 imtahan sualı; 30 saatlıq fənn üçün – 30 imtahan sualı müəyyənləşdirilmişdir.
Akademik borclarını ləğv etmək üçün alt qruplarda dərslərə yazılan tələbələrin imtahana giriş balı 34 bal, imtahan balı isə 17 bal hesablanaraq imtahandan azad edilmişdirlər.
Alt qrup dərslərində tədrisini başa çatdırmış buraxılış kurs tələbələrindən yalnız təkrar imtahanları qalanlar üçün bu imtahanların yaz imtahan sessiyası zamanı təşkil edilməsini, həmin tələbələrin də digər buraxılış qrup tələbələri ilə eyni vaxtda məzun ola bilmələri üçün şərait yaradılmışdır.
2020/2021-ci tədris ilində TN-nin F-424 saylı, 11.09.2020-ci il tarixli əmrinə əsasən “Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsil müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat”ına əsasən əyani təhsil formasında tədris prosesində seminar (məşğələ) dərslərində tapşırıqların yerinə yetirilməsinə (kollokvium daxil) 30 bal, sərbəst işlər ləğv edilmişdir, bütün təhsil formalarında fənn üzrə ayrılmış auditoriya saatlarının 50%-dən çoxunda üzrsüz səbəbdən iştirak etməyən tələbələrin həmin fəndən imtahana buraxılması məqsədəuyğun hesab edilməmişdir.
Pandemiya dövründə müəllimlərin dərslərdə iştiraketmə səviyyəsini qənaətbəxş qiymətləndirmək olar. Təbii ki, internet sürətinin səviyyəsindən asılı olaraq bəzən çətinliklər yaranıb, lakin bütün bunlar alternativ üsullarla aradan qaldırılıb. Mövcud vəziyyətdən asılı olaraq müəllimlər çalışırlar ki, dərsləri keyfiyyətli tədris etsinlər.
***
Sorğuda iştirak etdiyi üçün
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına təşəkkür edirik!