Bu gün günorta saatlarında Şəkidə intihar hadisəsi qeydə alınıb.
Tehsil.biz xəbər verir ki, rayonun Layısqı kənd sakini, 2001-ci il təvəllüdül Qasımova Mahizər Ramiz qızının cəsədi özlərinin həyətyanı sahəsindəki ağacdan asılmış vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə edilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki şöbəsinə aparılıb. Müayinələrdən sonra isə ailəsinə təhvil verilib.
Mahizər Qasımovanın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Mahizər Qasımovanın tələbə olduğu bildirilir.