Logo

BDU tələbələri Koreya dili nitq müsabiqəsinin qalibləri olub

13.05.2021 11:45 613 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Bakı Seconq Dil məktəbində Koreya dili nitq müsabiqəsi keçirilmişdir.

 

Nitq yarışması üç mərhələdə keçirilib. İlkin mərhələni uğurla başa vuran 8 tələbə finalda iştirak etmək hüququ qazanıb. Finalda iştirak etməyə haqq qazanan iştirakçılardan üçü BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələridir. Nitq yarışmasında I yerə Nuranə Abbasova, II yerə isə Nigar Bəkirova layiq görülüb.


Müsabiqənin son mərhələsi dünyanın müxtəlif ölkələrində finala yüksəlmiş tələbələrin iştirakı ilə Koreyada keçiriləcəkdir.

Xəbər lenti