Logo

Magistraturaya qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyatdan keçənlərin sayı

13.05.2021 13:26 588 baxış
IMG

2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyatdan keçən bakalavrların sayı açıqlanıb.

 

APA-nın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, magistraturaya qəbul imtahanının ikincicəhdi üçün qeydiyyatdan keçənlərin sayı 14686 olub. Onlardan 13522-siAzərbaycan, 1164-ü rus bölməsidir.

 

Qeyd edək ki, ikinci cəhddə iştirak etmək üçün bakalavrların qeydiyyatı aprelin 30-dan mayın 8-dək internet vasitəsilə aparılıb. Magistraturaya qəbul imtahanının ikinci cəhdi mayın 26-da keçiriləcək.

Xəbər lenti