Logo

ADPU YAP Gənclər Birliyi "Ağ ölümlə mübarizə" adlı seminar keçirib

13.05.2021 15:49 600 baxış
IMG

May 13-də narkomaniyaya qarşı mübarizəyə dair ali təhsil müəssisələrinin tələbələri arasında maarifləndirici seminarların təşkili prosesinə müvafiq olaraq Azərbaycan Dövlət Pedaqoji Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (ADPU YAP GB) tərkibində fəaliyyət göstərən Psixologiya Klubunun təşkilatçılığı ilə "Ağ ölümlə mübarizə" adlı seminar keçirilib.


Seminarda Bakı şəhəri, Səbail rayonu 29 saylı şəhər Poliklinikasının (ADPU-nun tələbə poliklinikası) baş həkimi Şəfəq Teymurova, "Həyat Naminə" Reabilitasiya Mərkəzinin rəhbəri Kənan Hacıyev, ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli, ADPU YAP GB-nin sədri Tərlan Ağayev iştirak ediblər. 


100 nəfərdən çox tələbənin qoşulduğu onlayn seminarda Ş.Teymurova və K.Hacıyev  mövzu ətrafında çıxışlar edərək iştirakçıların suallarını cavablandırıblar.

Xəbər lenti