Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 31.08.2006-cı il təvəllüdlü Səid Səməd oğlu Nemətov mayın 13-dən evdən çlxıb və geri qayıtmayıb.
Bu barədə Modern.az-a Siyəzən rayon İcra Hakimiyyəti başçısının Həmyə İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəsi Rahib Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Həmyə kənd məktəbinin 9-cu sinif şagirdi olan Səid Nemətovun evdən getməsinin səbəbi məlum deyil. Səid harda olduğunu bildirməsə də yaxın qohumlarından olan yaşıdlarından birinə "məni axtarmayın" - deyə yazıb.
Məktəblinin valideynləri uşağın itməsi barədə Siyəzən rayon polis şöbəsini məlumatlandırıblar.