Oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində yaralanan 35 nəfərdən 10 nəfəri məktəblidir.
Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda məktəblilərin adları da qeyd olunub:
Mehdiyev Ömər - Gəncə şəhəri, 32 saylı tam orta məktəb, 2-ci sinif
Səlim Mustafazadə - Gəncə şəhəri, 32 saylı tam orta məktəb,11-ci sinif
Murad Cavadov - Gəncə şəhəri, 32 saylı tam orta məktəb,3-cü sinif
Dinarə Muradova - Gəncə şəhəri, 32 saylı tam orta məktəb,2-ci sinif
Rauf Muradov - Gəncə şəhəri, 32 saylı tam orta məktəb,4-cü sinif
Hüseyn Əliyev - Gəncə şəhəri, 32 saylı tam orta məktəb,3-cü sinif
Sevin Rəhimova - Gəncə şəhəri, 32 saylı tam orta məktəb,6-cı sinif
Aysu Əliyeva - Gəncə şəhəri 20 nömrəli tam orta məktəb, 10-cu sinif
Şəfa Şirinova – Gəncə şəhəri, 25 nömrəli tam orta məktəb, 6-cı sinif
Şəmiddin Şirinov - Gəncə şəhəri, 25 nömrəli tam orta məktəb, 7-ci sinif