Logo

Altı yaşlı qızcığazdan nümunəvi addım

12.10.2020 23:33 605 baxış
IMG

"Gözlərində sevinc, balaca ürəyində böyük həyəcanla əsgərlərə dəstəyini göstərib. Belə gözəl balaları olan Vətənə ancaq və ancaq Qələbə yaraşır" - Azərbaycanlı qızcığazdan möhtəşəm addım.

 

6 yaşlı Mina Salamzadə doğum günü üçün ona verilən 50 manatı əsgərlərə bağışlayıb.

 

Tehsil.biz xəbər verir ki, bu barədə "Bank of Baku"nun mətbuat katibi Gülşən Cumayeva məlumat paylaşıb. Balaca qızcığaz özünə doğum günü üçün heç nə almayaraq ona verilən 50 manatı Silahlı Qüvvələrin Yardım Fonduna köçürmək üçün bankın Mərdəkanda yerləşən filialına üz tutub.

 

"Gözlərində sevinc, balaca ürəyində böyük həyəcanla əsgərlərə dəstəyini göstərib. Belə gözəl balaları olan Vətənə ancaq və ancaq Qələbə yaraşır", - deyə bankın paylaşımında bildirilib.

Xəbər lenti