Logo

Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Qarabağ Azərbaycandır!” plakat sərgisi açılacaq

12.10.2020 23:39 446 baxış
IMG

Oktyabrın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin müəllim-professor və tələbə heyəti tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır!” plakat sərgisinin açılış mərasimi keçiriləcək.



Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli, müdrik və cəsarətli siyasəti və müzəffər ordumuzun qələbələrindən ilhamlanaraq yaranıb. Təqdim olunan plakatlar qısa müddətdə - on gün ərzində ərsəyə gətirilib. Müəlliflərin çevik, operativ və peşəkar reaksiyası nəticəsində dəstək şüarları təsviri müstəvidə canlandırılıb. Sərginin ilk versiyası onlayn formatda təqdim olunub.

Xəbər lenti