Logo

Aya göndəriləcək ilk azərbaycanlı

17.05.2021 09:22 1099 baxış
IMG

ABŞ-da Aya uçuş üçün namizədlərdən biri məlum olub.


Tehsil.biz lent.az-a istinadla verdiyi xəbərə görə, o, Azərbaycanda doğulan, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Tərlan oğlu Mirqədirovdur.


Ələkbər Mirqədirovun 42 yaşı var, Bakıda andan olub, Azərbaycan paytaxtındakı 45 saylı orta məktəbi bitirib, 1991-ci ildə ailəsi ilə birlikdə ABŞ-a gedib.


O, ABŞ-da San Dieqo Universitetini bitirib, aerodinamikanın incəliklərini öyrənib, sonra 10 ildən çox bu ölkənin Hərbi Hava Qüvvələrində xidmət edib.

 

2014-cü ildən Marsa uçmaq, 2019-cu ildən isə Aya uçmaq üçün namizədlərdən biridir.

 

Mirqədirov ədəbiyyatı sevir, Yiru Qaqarinin həyatı ilə bağlı və Molla Nəsrəddinin lətifələri sevimli kitablarıdır.

Xəbər lenti