Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında keçirilən “Qalib müəllim” videohekayə müsabiqəsi davam edir. Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 21 may 2021-ci ildir. Hazırlanmış video materiallar qeyd edilən tarixədək [email protected] elektron ünvanına göndərilməlidir.
Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir:
- “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;
- “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər;
- Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır;
- İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərməlidir;
- Hər iştirakçı bir videohekayə göndərə bilər;
- Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.
Sonda qaliblər Təhsil Nazirliyinin sertifikatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.