Quba rayonunda daha iki məktəb koronavirusa görə distant təhsilə keçib.
Tehsil.biz xəbər verir ki, oktyabrın 12-dən rayonun Bayram Şıxəmirov adına Zərdabi kənd tam orta məktəbi və Quba şəhər Zaur Cəfər adına 3 nömrəli tam orta məktəbdə şagird və müəllimlər arasında koronavirusa yoluxma faktı qeydə alındığı üçün tədrisin distant formada davam etdirilməsi barədə qərar qəbul olunub.
Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, məktəbdə əyani dərslər müvəqqəti dayandırılsa da, şagirdlər dərslərini distant formada davam etdirəcəklər. Məktəblərdə müəllimlər və şagirdlər arasında kütləvi yoluxmanın səbəbi sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur. Hazırda məktəbdə koronavirus infeksiyasına qarşı təxirəsalınmaz dezinfeksiya işləri həyata keçirilir.
Sentyabr ayında Quba rayonun Qamqam kənd orta məktəbində də 7 müəllim və bir texniki işçinin koronovirusa yoluxması səbəbindən əyani tədris dayandırılıb.
AZƏRTAC